Valyuta məzənnəsi

Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib

12:35, 17.01.20
azerbaycan, siyaset
Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçirilib

Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib.

Ravalpindi şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupu səviyyəsində 9-cu görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov rəhbərlik edib.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regional təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2020-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

Sonda protokol imzalanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla