Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

ABŞ Azərbaycanda keçirilən seçkiləri yaxından izləyir

10:57, 17.01.20
azerbaycan, siyaset
ABŞ Azərbaycanda keçirilən seçkiləri yaxından izləyir

ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.

Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq.

Bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.

O vurğulayıb ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlər, gənclər və qadınlar, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.

L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: “Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla