Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 5-ci Raisina Dialoq Forumunda təmsil olunub

10:45, 17.01.20
azerbaycan, siyaset
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 5-ci Raisina Dialoq Forumunda təmsil olunub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 5-ci Raisina Dialoq Forumunda təmsil olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Mərkəzin Çin və Asiya ilə əməkdaşlıq üzrə koordinatoru Emil Məmmədov Çinin Daxili İşlər Nazirliyinin dəstəyi və Hindistanın Baş Naziri Narendra Mondinin himayəsi ilə təşkil olunan 5-ci Raisina Dialoq Forumunda iştirak ediblər.

Xeberpress.az bildirir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov məlumat verib. O bildirib ki, Hindistanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər çərçivəsində Forumun Asiyanın gələcəyi panelində regionda Çinin reallaşdırdığı “Bir kəmər, bir yol” təşəbbüsü haqqında məlumat verib.

Hindistanın yeganə Sülh mükafatçısı Kailaş Satyarthi ilə keçirilən görüşdə onun VIII Qlobal Bakı Forumu çərçivəsində Bakıya səfəri və rəhbərlik etdiyi Uşaqların Gələcəyi üçün Liderlər və Nobel Mükafatçıları (21 nobel mükafatçısı daxildir) platforması ilə əməkdaşlıq məsələləri müzakirə edilib.

Qlobal böhranlar dövründə dünyada sülhün, dialoqun və tolerantlığın təbliği istiqamətində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Kailaş təsis etdiyi mükafatı Mərkəzə təqdim edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla