Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Namizədlər bu gündən seçkiqabağı təşviqata başlayır

09:25, 17.01.20
azerbaycan, cemiyyet
Namizədlər bu gündən seçkiqabağı təşviqata başlayır

Namizədlər bu gündən seçkiqabağı təşviqata başlayır.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayır.

Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat 20:00-a qədər olan dövrü əhatə edir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla