Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

“Akademik Xoşbəxt Yusifzadə” tankeri gələn il istismara veriləcək

10:58, 16.01.20
azerbaycan, iqtisadiyyat
“Akademik Xoşbəxt Yusifzadə” tankeri gələn il istismara veriləcək

“Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri 2021-ci ildə istismara veriləcək.

SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı Sərəncamda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) tapşırıq verilib. Sərəncama əsasən, ASCO özünün yeni gəmisinə Xoşbəxt Yusifzadənin adının verilməsini təmin etməlidir.

Xeberpress.az-ın məlumatına görə, ASCO-dan bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq hazırda Gəmiçiliyin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşası davam etdirilən yeni nəsil neftdaşıyan tankerinin X.Yusifzadənin şərəfinə “Akademik Xoşbəxt Yusifzadə” adlandırılması qərara alınıb.

Sözügedən gəminin 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla