Valyuta məzənnəsi
Xəbər lentİ

Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən iclasda

10:25, 15.01.20
azerbaycan, siyaset
Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən iclasda

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən iclasda iştirak edib.

Yanvarın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Xeberpress.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla