Valyuta məzənnəsi
Xəbər lentİ

Həssas gənclərlə işləyən mütəxəssislərin NƏZƏRİNƏ

10:37, 14.01.20
azerbaycan, cemiyyet
Həssas gənclərlə işləyən mütəxəssislərin NƏZƏRİNƏ

Həssas qrupdan olan gənclərlə işləyən mütəxəssislərin nəzərinə

2020-ci ilin yanvar ayında “Vişeqrad+” Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi həyata keçiriləcək. Layihə Gürcüstanda ikigünlük təlim kursu, Polşada və Çexiyada birgünlük məlumat sessiyasından ibarət olacaq.

Xeberpress.az-ın məlumatına görə, ARGTMŞ-dan bildiriblər ki, layihənin məqsədi Azərbaycan, Gürcüstan, Polşa, Çexiya və Macarıstanda həssas qruplarla işləmək üzrə təcrübəsi olan psixoloqları, QHT nümayəndələrini, gənclər sahəsində fəaliyyət göstərən mütəxəssisləri və bu sahədə bacarıqlarını inkişaf etdirmək istəyən gəncləri bir araya gətirməkdir.

Layihənin əsas hədəfləri həssas qruplarla işləyən gənc işçilərin bilik və bacarıqlarını artırmaq, V4 ölkələrinin (Çex Respublikası, Macarıstan, Polşa, Slovakiya) təcrübəsini yerli səviyyəyə inteqrasiya etmək, Gənclər sektorunda V4 ölkələri (Çexiya Respublikası, Macarıstan, Polşa, Slovakiya) və Qafqaz ölkələri ilə gələcək tərəfdaşlıq imkanlarını genişləndirməkdir.

Layihə çərçivəsində Gürcüstanda ikigünlük təlim kursu, Çexiyada və Polşada isə məlumat sessiyaları keçiriləcək.

Layihənin əsas hədəf qrupuna gənclər sahəsində fəaliyyət göstərən mütəxəssislər, gənc psixoloqlar, həssas qruplarla işləyən QHT nümayəndələri, həssas qruplarla işləyən təlimçilər daxildir. Layihə, ümumilikdə 5 ölkədən olan 10 gənci əhatə edəcək. Bu iştirakçılar aktiv fəaliyyətlərinə və həssas qruplarla işləmə bacarıqlarına əsasən onlayn qeydiyyat forması və müsahibə mərhələsi ilə seçiləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla