Valyuta məzənnəsi
Xəbər lentİ

İlham Əliyev Avstriya Kanslerini və Xorvatiyanın yeni Prezidentini təbrik edib

10:15, 14.01.20
azerbaycan, siyaset
İlham Əliyev Avstriya Kanslerini və Xorvatiyanın yeni Prezidentini təbrik edib

Azərbaycan Prezidenti Avstriya Kanslerini təbrik edib.

Prezident İlham Əliyev Avstriya Federal Kansleri Sebastian Kurtsa təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Federal Kansler, Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".



***


Prezident İlham Əliyev Xorvatiyanın yeni Prezidentini təbrik edib.

Prezident İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidenti Zoran Milanoviçə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Milanoviç, Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla