Valyuta məzənnəsi
Xəbər lentİ
 10:56  Manat BUGÜN

351 binaya müsbət rəy verilib - FHN

12:33, 13.01.20
azerbaycan, cemiyyet
351 binaya müsbət rəy verilib - FHN

FHN: 351 binaya müsbət rəy verilib.

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Xeberpress.az-ın məlumatına görə, FHN-dən bildiriblər ki, Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 7 milyon 321 min 354 kvadratmetr olan 73 min 979 mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleksə) dair müsbət rəy verilib. Həmin binaların 320-si Bakıda, 19-u Abşeron rayonunda, 2-si Sumqayıtda, 7-si Gəncədə və hərəsində bir bina olmaqla Mingəçevir və Lənkəran şəhərlərində və Zərdab rayonundadır. Bu binalara dair sənədlər komplektləşdirilib. Onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və Zərdab şəhər və rayon icra hakimiyyətlərinə təqdim olunub.

Aparılmış müayinələr nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması üzrə işlərin vaxtında başa çatdırılması, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün fikir mübadiləsinin aparılması məqsədilə çatışmazlıqların olduğu binaların sifarişçilərinin və sakinlərinin iştirakı ilə mütəmadi görüşlər keçirilib. FHN-in, habelə digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə keçən görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər müzakirə olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla