Valyuta məzənnəsi
Xəbər lentİ

Ərdoğan Gülsümlə sosial media üzərindən canlı yayımda görüşüb

11:55, 13.01.20
azerbaycan, maqazin
Ərdoğan Gülsümlə sosial media üzərindən canlı yayımda görüşüb

Ərdoğan verilişdəki o qızı Ankaraya dəvət etdi.

Türkiyənin ATV kanalında yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişinə damğa vuran iştirakçısı Ümmü Gülsüm Genci ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya dəvət edib.

Xeberpress.az Axşam.az-a istinadla xəbər verir ki, 4 yaşında ikən keçirdiyi xəstəliyə görə danışa bilməyən 27 yaşlı gənc verilişdə suallara yazı lövhəsi vasitəsilə cavab verib. Ölkədə gündəmə çevrilən bu hadisə Ərdoğanın da diqqətindən yayınmayıb. Dövlət başçısı Gülsümlə sosial media üzərindən canlı yayımda görüşüb.

Ölkə rəhbəri ilə səmimi söhbətdə qız yenə demək istədiklərini yazı lövhəsinə yazaraq prezidentə göstərib. Ərdoğan isə Gencə gələcək həyatında uğurlar arzulayaraq, onu və ailəsini Ankara dəvət edib.
Qeyd edək ki, Ümmü Gülsem adıçəkilən proqramda apardığı mübarizə nəticəsində 125 min TL (36 min AZN) qazanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla