Valyuta məzənnəsi
Xəbər lentİ

Bölgələrə qar yağdı

11:41, 13.01.20
azerbaycan, cemiyyet
Bölgələrə qar yağdı

Bölgələrə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava haqda məlumatı açıqlayıb.

Xeberpress.az bildirir ki, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 13-də ölkə ərazisində hava şəraiti dəyişkən, qeyri-sabit keçəcək, əksər rayonlarda yağış, Naxçıvan MR, Yuxarı Qarabağ və Böyük Qafqazın bəzi yerlərində isə qar yağıb və qar örtüyü əmələ gəlib.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 8, Sarıbaşda (Qax) 7, Daşkəsəndə 6, Xınalıq, Qırızda 5, Şahbuzda 4, Sədərəkdə 3, Naxçıvan, Altıağac, Ordubad, Şərurda 2, Qusar, Xaltan, Gədəbəydə 1 sm-ə çatıb.

Havanın minimal temperaturu dağlıq ərazilərdə 3-7, yüksək dağlıq ərazilərdə 10-13 dərəcə şaxta təşkil edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla