Valyuta məzənnəsi
Xəbər lentİ
 10:56  Manat BUGÜN

Bakı Qarnizonunda ilin yekunlarına dair müşavirə keçirilib

11:33, 13.01.20
azerbaycan, siyaset
Bakı Qarnizonunda ilin yekunlarına dair müşavirə keçirilib

Bakı Qarnizonunda intizamın vəziyyəti təhlil edilib.

Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Bakı Qarnizonunda 2019-cu ilin yekunlarına və intizam vəziyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilib.

Xeberpress.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə qarnizonda yerləşən hərbi hissələrin komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev çıxış edərək ötən il qarnizon ərazisində görülən işlər, əldə olunmuş uğurlar barədə məlumat verib. Nazir müavini 2020-ci ildə döyüş hazırlığının yüksəldilməsi, eləcə də təlim-tədris prosesinin lazımi səviyyədə təşkil olunması barədə müvafiq tapşırıqları vəzifəli şəxslərə çatdırıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla