Valyuta məzənnəsi
Xəbər lentİ

Gömrük Komitəsi keçən ay dövlət büdcəsinə 402 milyon manat köçürüb

11:22, 13.01.20
azerbaycan, iqtisadiyyat
Gömrük Komitəsi keçən ay dövlət büdcəsinə 402 milyon manat köçürüb

Ötən ay Gömrük Komitəsi dövlət büdcəsinə 402 milyon manat köçürüb.

Ötən ilin dekabrında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 402 milyon 284 min manat olub.

Xeberpress.az-ın məlumatına görə, Komitədən bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 110 milyon 653 min manat, əlavə dəyər vergisi üzrə 268 milyon 995 min manat, aksizlər üzrə 18 milyon 780 min manat, yol vergisi üzrə isə 3 milyon 855 min manat təşkil edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla