Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvana ilk qar yağdı

10:46, 13.01.20
azerbaycan, bolge
Naxçıvana ilk qar yağdı

Naxçıvan şəhərinə ilk qar yağdı.

Yanvarın 13-də gecə saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.

Qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.

Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.

Qeyd edək ki, 2018-ci ildə muxtar respublikanın ərazisinə ilk qar dekabrın 28-də, 2017-ci ildə dekabrın 7-də, 2016-cı ildə isə oktyabrın 26-da yağıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla