Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

“Real Madrid” İspaniya Super kubokunun qalibi olub

10:35, 13.01.20
azerbaycan, idman
“Real Madrid” İspaniya Super kubokunun qalibi olub

“Real Madrid” 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub.

Yanvarın 12-də İspaniya Super kubokunun final görüşü keçirilib.

Turnirin həlledici görüşündə iki Madrid təmsilçisi “Real” və “Atletiko” komandaları üz-üzə gəliblər.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Qalibi müəyyən etmək üçün iki hissədən ibarət hərəsi 15 dəqiqə olmaqla vaxt əlavə olunub. Bu iki hissədə də qalib müəyyən olunmadığından komandalar 11 metrlik cərimə zərbələri vurmağa məcbur qalıb. Bu seriyalarda daha dəqiq olan “Real Madrid” tarixində 11-ci dəfə İspaniya Super kubokunun qalibi olub.

“Real Madrid” İspaniya Super kubokunun yarımfinal mərhələsində “Valensiya” klubunu (3:1), “Atletiko Madrid” isə “Barselona” komandasını (3:2) məğlub etmişdi.

Qeyd edək ki, İspaniya Superkubokunun bütün üç görüşü Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla