Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

689 namizəd qeydə alınıb

10:46, 10.01.20
azerbaycan, cemiyyet
689 namizəd qeydə alınıb

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 689 nəfər qeydə alınıb.

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 namizəd müraciət edib.

Xeberpress.az bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov komissiyanın ötən gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müraciət edən şəxslərin 2305 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 2193 nəfəri imza vərəqələrin artıq götürüb. 1255 nəfəri imza vərəqələrini dolduraraq geri qaytarıb və onlardan 689 nəfər qeydə alınıb.

MSK sədri qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 227 nəfəri 20 siyasi partiyanın siyahısında olan şəxslərdir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla