Valyuta məzənnəsi

Ərdoğan və Putin “Türk axını” qaz kəmərinin açılışında

09:43, 09.01.20
azerbaycan, dunya
Ərdoğan və Putin “Türk axını” qaz kəmərinin açılışında

İstanbulda “Türk axını” qaz kəmərinin açılışı olub.

Türkiyənin İstanbul şəhərində “Türk axını” qaz kəmərinin işə salınması mərasimi keçirilib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Həmçinin Serbiya dövlət başçısı Aleksandr Vuçim və Bolqarıstan prezidenti Boyko Borisov da mərasimə qatılıblar.

Azərbaycanı isə Energetika naziri Pərviz Şahbazov təmsil edib.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Layihə “Türk axını” Rusiya qazının Qara dəniz vasitəsilə Türkiyənin Yunanıstanla sərhədinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin birinci hissəsi, qazın Türkiyə bazarına tədarükü üçün, ikinci hissəsi Cənubi və Cənub-Şərqi Avropaya nəqli üçün nəzərdə tutulub. Boru kəmərinin hər bir hissəsi ildə 15,75 milyard kubmetr qaz nəql edəcək.



***


İstanbulda Ərdoğanla Putinin görüşü baş tutub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olub.

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin "Türk axını" təbii qaz boru xəttinin açılışı öncəsi görüşüblər.

Türkiyə Prezidenti Rusiya təbii qazını Türkiyəyə və Türkiyə üzərindən də Avropaya nəql ediləcək "Türk axını" təbii qaz boru xəttinin açılışı üçün İstanbula səfər edən Vladimir Putini Haliç Konqres Mərkəzində qarşılayıb.

Qarşılamadan sonra ikitərəfli görüş baş tutub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla