Valyuta məzənnəsi
Xəbər lentİ

Yandırılan 10 yaşlı Nərmin dəfn edildi

14:36, 08.01.20
azerbaycan, hadise
Yandırılan 10 yaşlı Nərmin dəfn edildi

Meyiti yandırılan 10 yaşlı Nərmin dəfn edildi.

Tovuz rayonunda itkin düşən və daha sonra yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyeva dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, millət vəkili Qənirə Paşayeva və rayon rəhbərliyi iştirak ediblər.

Nərmin Quliyeva Tovuz rayonunun Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.



11:35

Tovuz rayonunun Dondar Quşçu kəndində noyabr ayında itkin düşən və sonradan yandırılmış halda cəsədi tapılan 10 yaşlı Nərmin Quliyeva bu gün dəfn edilir.

Nərmin Quliyeva Dondar Quşçu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Dəfn mərasiminə uşağın ailə üzvləri, kənd sakinləri qatılıb.

Bildirək ki, N.Quliyevanın ölümü ilə bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla