Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Şəhidi dəfn edildi

12:34, 08.01.20
azerbaycan, hadise
Azərbaycan Şəhidi dəfn edildi

Azərbaycanın Şəhid əsgəri dəfn olundu.

Ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu dəfn olunub.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, dəfn mərasimi Ucar rayonunda doğulduğu Alpı kəndində keçirilir. İzdihamla keçən mərasimdə F.Fərzəliyevin adına dualar oxunub, "Şəhidlər ölməz, vətən bölünməz" şuarları səsləndirilib.

Şəhid adıçəkilən kənddə torpağa tapşırılıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla