Yükləmə gedir gözləyin...
AFFA-nın yeni Nizamnaməsi qəbul olunub
AFFA-nın yeni Nizamnaməsi qəbul olunub.
Bakıda AFFA-nın növbədənkənar konfransı keçirilib.
İclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxıb, eləcə də digər məsələləri müzakirə ediblər. Konfransda 35 nümayəndədən 33-ü iştirak edib. Yeni Nizamnamə yekdilliklə qəbul olunub.
AFFA-nın prezidenti Rövnəq Abdullayev 10 ildir Nizamnamədə dəyişikliklərin edilmədiyini bildirərək, yeni Nizamnamənin FIFA və UEFA-nın tələblərinə uyğunlaşdırıldığını bildirib.
Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.
Oxşar xəbərlər: