Valyuta məzənnəsi

İran təyyarələri döyüş uçuşlarına başlayıb

11:18, 08.01.20
azerbaycan, dunya
İran təyyarələri döyüş uçuşlarına başlayıb

İranın Hərbi Hava Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

ABŞ-ın Birləşmiş Ərəb Əmirliklərində yerləşən hərbi bazasındakı təyyarələr döyüş uçuşlarına başlayıb.

İran mətbuatı xəbər verir ki, buna cavab olaraq İranın hava hücumundan müdafiə qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bununla yanaşı, İranın Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də havaya qaldırılıb.

Xatırladaq ki, ötən gecə İran İslam İnqilabının Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı hərbi bazalarını raket atəşinə tutub. İlkin məlumatlara əsasən ABŞ-a məxsus 1 hərbi təyyarə məhv edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla