Valyuta məzənnəsi

ABŞ və Fransa prezidentləri Avstraliyaya kömək təklif edib

12:42, 07.01.20
azerbaycan, dunya
ABŞ və Fransa prezidentləri Avstraliyaya kömək təklif edib

Trampla Makron Avstraliyaya yanğınlarla mübarizədə kömək təklif etdi.

ABŞ Prezidenti Donald Trampla Avstraliyanın Baş Naziri Skott Morrison arasında telefon danışığı olub. Amerika lideri söhbət zamanı meşə yanğınlarında ölənlərə görə başsağlığı verib və təbii fəlakətlərlə mübarizədə kömək təklif edib.

Xeberpress.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron da Baş Nazir Skott Morrisona zəng edərək meşə yanğınları ilə mübarizədə kömək təklif edib.

Eyni zamanda, ölkədəki şiddətli yanğınlarla mübarizədə Malayziya tərəfindən kömək təklif edilib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayının ortalarında Avstraliyanın şərq sahilini genişmiqyaslı meşə yanğınları bürüyüb. Hazırda yanğın qitənin cənub-şərqindəki Yeni Cənubi Uels və Viktoriya ştatlarında geniş əraziləri əhatə edib, cənub sahilindəki bir neçə bölgə turistlər üçün bağlanıb və sakinlər təcili təxliyə əmri alıblar.

Yanğınlar nəticəsində 6,5 milyon hektardan çox meşə, 2 minə yaxın yaşayış binası və 3 minə yaxın inzibati və məişət binası məhv olub. 2019-cu ilin fevral ayından bəri yanğında 24 nəfər, o cümlədən üç yanğınsöndürən həlak olub, 6 nəfərin itkin olduğu bildirilir.

Həmçinin, 8 min koala və yüz minlərlə digər heyvanlar ölüb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla