Valyuta məzənnəsi

Bakıdan Həştərxana uçan təyyarə geri döndü

11:44, 06.01.20
azerbaycan, iqtisadiyyat
Bakıdan Həştərxana uçan təyyarə geri döndü

Bakıdan Həştərxana uçan təyyarə geri qayıtmalı olub.

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2-9235 nömrəli reysində hava gəmisinin kapitanı Bakının hava limanına qayıtmaq qərarı verib.

Xeberpress.az-ın məlumatına görə, Aviaşirkətdən bildirilib ki, yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib. Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla