Valyuta məzənnəsi
Xəbər lentİ

Yanğınla bağlı bu yolda hərəkət məhdudlaşdırıldı

09:45, 10.12.19
azerbaycan, cemiyyet
Yanğınla bağlı bu yolda hərəkət məhdudlaşdırıldı

Yanğınla bağlı Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırıldı.

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb.

Xeberpress.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb:

"Sərnişinlərimizdən anlayış göstərmələrini xahiş edirik. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələrini tövsiyə edirik".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla