Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

Yollarda sürət həddi endirilib - Sürücülərin NƏZƏRİNƏ

10:38, 09.12.19
azerbaycan, cemiyyet
Yollarda sürət həddi endirilib - Sürücülərin NƏZƏRİNƏ

Hava ilə bağlı yollarda sürət həddi endirilib.

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Xeberpress.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.

Qeyd edilir ki, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla