Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

Röya “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub

10:22, 09.12.19
azerbaycan, maqazin
Röya “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub

Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində italiyalı robotla birgə mahnı oxuyub.

Tanınmış müğənni, Xalq artisti Röya dünya şöhrətli robotla birgə mahnı oxumaq üçün “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” stendini ziyarət edib.

Xeberpress.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, Röya Ayxan sözləri və müsiqisi Zülfi Bədəlova məxsus “Mənə sevgindən bəhs et” mahnısını Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” zonasında İtaliyadan gətirilən, dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə ifa edib.

Qeyd edək ki, məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün İtaliyadan Bakıya gətirilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla