Valyuta məzənnəsi
Xəbər lentİ
 13:19  Sabahın HAVASI

Bu yolda hərəkəti məhdudlaşdırılıb

10:47, 06.12.19
azerbaycan, cemiyyet
Bu yolda hərəkəti məhdudlaşdırılıb

Bu küçədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şosesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısamüddətli məhdudlaşdırılıb. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Xeberpress.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, buna görə də sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla