Valyuta məzənnəsi
Xəbər lentİ

ATƏT Nazirlər Şurasının 26-cı görüşü bu gün işə başlayır

10:30, 05.12.19
azerbaycan, siyaset
ATƏT Nazirlər Şurasının 26-cı görüşü bu gün işə başlayır

Bu gün Bratislavada ATƏT Nazirlər Şurasının 26-cı görüşü işə başlayır.

Dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-n Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası keçiriləcək.

Təşkilatda təmsil olunan 57 ölkədən 40-dan çox Xarici İşlər nazirinin iclasa qatılacağı gözlənilir. Toplantı Slovakiyanın quruma sədrliyi dövründə elan etdiyi “Əhali, dialoq və sabitlik naminə” devizi altında keçiriləcək.

ATƏT-ə üzv və tərəfdaş ölkələrdən olan nazirlər, yüksək səviyyəli dövlət və hökumət nümayəndələri Avropada və dünyanın digər regionlarında təhlükəsizliyə çağırışları və mövcud problemləri müzakirə edəcəklər.

Slovakiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu iclas sədrlik dövründə qarşıya qoyulmuş hədəflərlə bağlı daha yaxşı əməkdaşlığa nail olmağa imkan yaradır. Bu hədəflər arasında münaqişələrin qarşısının alınması və nizamlanması, eləcə də onların əhaliyə təsirlərinin azaldılması, daha təhlükəsiz gələcəyin təmin olunması, eləcə də səmərəli multilateralizmin təşviq edilməsi yer alır.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Nazirlər Şurasının iclasında iştirak etmək üçün Slovakiya paytaxtında səfərdədir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla