Valyuta məzənnəsi
Xəbər lentİ

Messi yenə "Qızıl top" mükafatı qazanıb

11:31, 03.12.19
azerbaycan, idman
Messi yenə "Qızıl top" mükafatı qazanıb

Məşhur futbolçu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb.

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb.

L.Messi 2018/19 mövsümündə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi və 36 qolla turnirin bombardiri olub. Çempionlar Liqasında da 12 qol vuran argentinalı hücumçu bu turnirin bombardiri olub.

Ümumilikdə, klub səviyyəsində ötən mövsüm L.Messi 51 qol vuraraq "Qızıl buts" mükafatına layiq görülmüşdü.

Milli komanda ilə birlikdə isə L.Messi ötən mövsüm Amerika Kubokunda 3-cü yeri tutub. Turnir ərzində argentinalı hücumçu 1 qol ilə fərqlənib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla