Valyuta məzənnəsi
Xəbər lentİ

Brilliantla razı deyiləm, erməniyə - millətimi incidənə "super" yazmaram - Röya

10:55, 03.12.19
azerbaycan, video
Brilliantla razı deyiləm, erməniyə - millətimi incidənə "super" yazmaram - Röya

"Brilliant kimi erməniyə "super" yaza bilmərəm" - Röya

Xalq artisti Röya Ayxan qonaq olduğu "3D" proqramında açıqlamaları ilə gündəmə gəlib.

Xeberpress.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni aparıcı Dadaş Dadaşlinskinin "Brilliant Dadaşova erməni ifaçının altına "super" yazmışdı. Dedi ki, görsəm, erməni yaxşı ifa edir, yenə yazacam. Çünki mahnının milliyəti olmur" sözlərinə qalmaqallı reaksiya verib:
"Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. Fikrini deyib, sonra, pozub".


***


Röya Nəsibin verilişinə içkili çıxdığını etiraf etdi

Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “3D” proqramının qonağı olub.
Axşam.az xəbər verir ki, sənətçi Dadaş Dadaşlinskinin "Xəzər TV-də Nəsib Nurun verilişinə içkili çıxmışdınız” sualını cavablandırıb.

Müğənni həmin gün qonaqlıqda olduğunu və içki qəbul etdiyini etiraf edib.
"Sürücüm 12 ildir ki, yanımda işləyir. Onun oğlu dünyaya gəlmişdi və biz həmin gün qonaqlıqda idik. Bir az içkinin qədərini qaçırtdım. Üzr istəyirəm” deyə, Röya gülərək, bildirib.



***


“Uşaq dedi ki, “peraşki” qurtardı deyə boşandınız?”

Xalq artisti Röya Ayxan İTV-də yayımlanan “3D” proqramında maraqlı açıqlamalar verib.

Veriliş boyunca bir çox məqamlara toxunan sənətçi, oğlu Hüseynin məktəbdə gördüyü münasibət haqda da danışıb.
"İstəmirəm ki, məktəbdə oğluma anası müğənnidir deyə müraciət olunsun. Bir dəfə 5-6 yaşlı uşaq mənə yaxınlaşıb dedi ki, "Röya xala, "peraşki" qurtardı deyə boşandınız?". Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə təkrarlayır. Yəni, bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil" deyə, Röya bildirib.

Qeyd edək ki, xalq artistinin keçmiş əri Anar Cəlilovun atası Çingiz Cəlilov "Çudo Peçka " mağazalar şəbəkəsinin sahibi idi. "Çudo Peçka" MMC əsasən un məmulatlarının istehsalı və satışı ilə məşğul olub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla