Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ

12:29, 28.11.19
azerbaycan, cemiyyet
Hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ

Bu küçədə hərəkət məhdudlaşdırılacaq.

Bakı şəhəri, Nərimanov rayonu Əliyar Əliyev küçəsinin, Ziya Bünyadov prospekti ilə Yusif Vəzir Çəmənzəminli küçəsi arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti 29 noyabr tarixindən etibarən qismən məhdudlaşdırılacaq.

Xeberpress.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla