Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır - Nazirlik

10:30, 27.11.19
azerbaycan, bolge
Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır - Nazirlik

Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır.

Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

Xeberpress.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

Digər tərəfdən isə həmişə olduğu kimi, Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla