Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Ramin Quluzadə Moskvada"Nəqliyyat həftəsi – 2019" tədbirində - FOTO

11:54, 22.11.19
azerbaycan, iqtisadiyyat
Nazir Ramin Quluzadə Moskvada"Nəqliyyat həftəsi – 2019" tədbirində - FOTO

Nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak edib.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak etmək məqsədilə Moskva şəhərinə səfər edib.

Ənənəvi olaraq hər il keçirilən "Nəqliyyat həftəsi" nəqliyyat problemləri üzrə ümumrusiya və beynəlxalq tədbirləri əhatə edir. "Nəqliyyat həftəsi – 2019" sərgisinin "Moskovskiy Qostinıy Dvor" Kompleksində keçirilən açılış mərasimində Ramin Quluzadə sərgidə təmsil olunan şirkətlərin pavilyonları ilə tanış olub. Sərgilənən məhsullar barədə nazirə ətraflı məlumat verilib.

"Nəqliyyat həftəsi – 2019" çərçivəsində MDB-yə üzv dövlətlərin “Nəqliyyat əlaqələndirmə müşavirəsi” də keçirilib. Nazir Ramin Quluzadə beynəlxalq tədbirdə Azərbaycanı müşahidəçi qismində təmsil edib.

Ramin Quluzadə, həmçinin Rusiya Nəqliyyat İdarəsinin 210 illiyi münasibətilə tədbir iştirakçıları üçün təşkil olunan təntənəli mərasimə də qatılıb.
Rusiya səfəri çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyası Nəqliyyat naziri Yevgeni Ditrix ilə ikitərəfli görüş keçirib. Görüşdə ölkələrimiz arasında mövcud əməkdaşlıq, inkişaf perspektivləri və onların həlli istiqamətində görüləcək tədbirlər və qarşıda duran işlər müzakirə olunub. Eyni zamanda avtomobil, aviasiya və dəniz nəqliyyatı sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Nazir Ramin Quluzadə Moskvada"Nəqliyyat həftəsi – 2019" tədbirində - FOTO
Nazir Ramin Quluzadə Moskvada"Nəqliyyat həftəsi – 2019" tədbirində - FOTO
Nazir Ramin Quluzadə Moskvada"Nəqliyyat həftəsi – 2019" tədbirində - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla