Valyuta məzənnəsi
Xəbər lentİ

Arvadının Elçin Əlibəylini hansı səbəblə döydüyü məlum olub

11:59, 20.11.19
azerbaycan, maqazin
Arvadının Elçin Əlibəylini hansı səbəblə döydüyü məlum olub

Arvadının Elçin Əlibəylini döymə səbəbi bəlli olub.

Tanınmış teleaparıcı Elçin Əlibəyli və 1993-cü il təvəllüdlü həyat yoldaşı D.Vaqifzadə arasındakı münaqişənin səbəbləri məlum olub.
Xeberpress.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib.

Məlumata görə, D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib.

Qeyd edək ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, bununla bağlı məlumat yayan KİV-i məhkəməyə verəcəyini deyib. Buna baxmayaraq, jurnalistin ifadəsi polisdə qeydiyyata alınıb və faktla bağlı araşdırma aparılır.


***

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Xeberpress.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən Dilrubə Vaqifzadə belə bir hadisənin yaşanmadığını bildirib:

"Bu, ailəmizə qarşı təxribatdır. Kimin belə bir informasiya yayması barədə Elçin araşdırma aparır".

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla