Valyuta məzənnəsi
Xəbər lentİ

Xətaidəki yanğınla bağlı müraciət edənlərə lazımi tibbi yardım göstərilib

11:44, 15.11.19
azerbaycan, hadise
Xətaidəki yanğınla bağlı müraciət edənlərə lazımi tibbi yardım göstərilib

Xətai rayonunda baş verən yanğınla əlaqədar müraciət edənlərə lazımi tibbi yardım göstərilib.

Bakının Xətai rayonu Neapol küçəsində binanın mansardının yanması barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub.

Xeberpress.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Məlumata görə, 5-i uşaq olmaqla 11 nəfər tüstüdən boğulma ehtimalı ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla