Valyuta məzənnəsi
Xəbər lentİ

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

11:33, 12.11.19
azerbaycan, siyaset
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Hər il noyabrın 12-si Azərbaycanda dövlət bayramı olan Konstitusiya Günü qeyd edilir.

Noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi Əsas Qanunun qəbul edilməsinin 24-cü ildönümü münasibətilə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirələri anılıb, məzarları üzərinə güllər qoyulub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla