Valyuta məzənnəsi
Xəbər lentİ

Milli Məclisin bugünkü iclasında 2020-ci il ilin dövlət büdcəsi müzakirə olunacaq

10:53, 12.11.19
azerbaycan, iqtisadiyyat
Milli Məclisin bugünkü iclasında 2020-ci il ilin dövlət büdcəsi müzakirə olunacaq

Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il ilin dövlət büdcəsinin müzakirə olunacaq.

İclasda, həmçinin "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

Müzakirələr 3 gün, 12, 13 və 14 noyabrda davam edəcək.

Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 913,7 milyon manat proqnozlaşdırılır.


***


Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur.

Bu fikri Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Sədr bildirib ki, bu gün ölkəmizdə mühüm struktur islahatları həyata keçirilir. Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb. Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar iqtisadi potensialı daha da möhkəmləndirib.

“2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir. Ötən 9 ayda ÜDM 2.5 faiz artıb, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub.

Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb. Cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 faiz artıb, inflyasiya 2.6 faiz təşkil edib ki, bu da əhalinin rifah halının daha da yaxşılaşdırıb”, - deyə Milli Məclisin Sədri vurğulayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla