Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olundu

12:39, 08.11.19
azerbaycan, medeniyyet
Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olundu

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub.

Noyabrın 8-də Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Ceyhun Bayramov Prezident İlham Əliyevin sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişafı, o cümlədən təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb.

Sonra təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla