Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi

11:44, 08.11.19
azerbaycan, siyaset
Ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi

Metropolitençilər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

Bu il Bakı metropoliteninin 52-ci ildönümü tamam olub. Metropoliten yarandığı gündən paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına göstərdiyi xidmət mədəniyyətinin səviyyə yüksəkliyini bu gün də saxlamaqda və inkişaf etdirməkdədir. Metropolitençilərin fədakar əməyi həmişə dövlət tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli Fərmanı ilə noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi təsdiq olunub. Metropoliten üçün əlamətdar sayılan bu tarix bu il də qeyd edilir.

Bu münasibətlə “Bakı Metropoliteni” QSC-nin kollektivi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu, metropolitenin inkişaf tarixində əvəzsiz xidmətləri olan Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra metropolitençilər Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, həmçinin “20 Yanvar” faciəsinin metropolitençi şəhidləri İlqar Qarayev və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.

Ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi
Ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edildi

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla