Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Azərbaycanda dosent və professor elmi adları barədə attestatların forması təsdiqlənib

12:08, 07.11.19
azerbaycan, medeniyyet
Azərbaycanda dosent və professor elmi adları barədə attestatların forması təsdiqlənib

Dosent və professor elmi adları barədə attestatların forması təsdiqlənib.

Nazirlər Kabineti dosent və professor elmi adları barədə attestatların formasını təsdiq edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərarda bildirilir ki, dosent və professor elmi adları barədə attestatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən elmi ad verilmiş şəxslərə həmin elmi adı təsdiq etmək məqsədilə verilir.

Qərara əsasən, Dosent Attestatının təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mm x 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Dosent Attestatı açıq mavi rənglidir.

Eyni zamanda, qərarla Professor Attestatının da təsviri, ölçüsü və rəngi müəyyənləşib. Belə ki, attestat 195 mmx 285 mm ölçüdə mühafizə nişanlı kağızda çap olunacaq. Professor Attestatı açıq çəhrayı rənglidir.

Attestat Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla