Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Heydər Əliyev Mərkəzində pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti olub

11:49, 07.11.19
azerbaycan, medeniyyet
Heydər Əliyev Mərkəzində pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti olub

Tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib.

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib.

Ruslan Ağababayev etnik, caz və klassik musiqilərdən ibarət proqram təqdim edib. Pianoçu konsertdə müxtəlif kompozisiyalarını səsləndirib.

Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də tanınmış makedoniyalı klarnet ustası İsmail Lumanovski konsertin qonaq ifaçıları olub.

Qeyd edək ki, Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

Repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla