Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

2020-ci ildə büdcə gəlirlərinin 43,9 faizi qeyri-neft sektorunun payına düşəcək - Nazir

11:44, 06.11.19
azerbaycan, iqtisadiyyat
2020-ci ildə büdcə gəlirlərinin 43,9 faizi qeyri-neft sektorunun payına düşəcək - Nazir

Samir Şərifov: 2020-ci ildə büdcə gəlirlərinin 43,9 faizi qeyri-neft sektorunun payına düşəcək.

2020-ci ilin dövlət büdcəsini səciyyələndirən əsas amillərdən biri sosialyönümlü xərclərin əhəmiyyətli dərəcədə artırılmasıdır. Azərbaycan əhalisinin sosial təminatının daha da yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən böyük işlər görülüb. Növbəti ildə də bu işlər davam etdiriləcək.

Bu barədə Maliyyə naziri Samir Şərifov noyabrın 6-da Milli Məclis komitələrinin iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, 2020-ci ildə dövlət büdcəsinin 43,9 faizi qeyri-neft, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla