Valyuta məzənnəsi
Xəbər lentİ

2020-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq - Nazir

11:52, 05.11.19
azerbaycan, iqtisadiyyat
 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq - Nazir

2020-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq.

Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək.

Bu sözləri Maliyyə naziri Samir Şərifov noyabrın 5-də Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir qeyd edib ki, növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla