Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır - Nazir Azad Rəhimov - FOTO

15:35, 31.10.19
azerbaycan, idman
Azərbaycan 10 ölkəyə ekspert yardımı göstərməyə hazırdır - Nazir Azad Rəhimov - FOTO

Nazir Azad Rəhimov Azərbaycanın 10 ölkəyə ekspert yardımı göstərməyə hazır olduğunu bildirib.

Xeberpress.az Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dopinq programlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımını göstərməyə hazır olduğunu bildirdi.

Azad Rəhimov bu fikirləri Paris şəhərində 29-31 oktyabr tarixlərində keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7ci sessiyasında səsləndirib.
Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq, çox yüksək dəyərləndirilib.

Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edib.

Səfəri çərçivəsində A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmər üzrə müavini Nada al-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş Presidenti, Polşanın İdman və Turizm Naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının Direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının İdman Naziri Pavel Kolobkov, Səidiyyə Ərəbistanı Şahzadəsi Fahad bin Jalawi al Saud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Tədbirin açılışında, eyni zamanda, idmanda dopinqinlə mübarizə və beynəlxalq əməkaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edən nazir Azad Rəhimov, Azərbaycanın idman sahəsində qazandığı geniş təcrübə haqqında söz açmış və ölkəmizlə beynəlxalq strukturların idman əlaqələrinin genişləndirmə imkanlarını müzakirə etmişdir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla