Valyuta məzənnəsi
Xəbər lentİ
 13:01  Sabahın HAVASI

Mən və ailəm Palm-Biç şəhərini daimi yaşayış yeri edəcəyik - Tramp Floridaya köçdü

11:27, 01.11.19
azerbaycan, dunya
Mən və ailəm Palm-Biç şəhərini daimi yaşayış yeri edəcəyik - Tramp Floridaya köçdü

Donald Tramp yaşayış yerini Nyu-Yorkdan Floridaya dəyişib.

ABŞ Prezidenti Donald Tramp daimi yaşayış yerini Nyu-Yorkdan Florida ştatının Palm-Biç şəhərinə dəyişdiyini təsdiqləyib.

ABŞ prezidenti bu barədə məlumatı özünün “Twitter” səhifəsinə yerləşdirib.

“Mən və ailəm Palm-Biç şəhərini daimi yaşayış yeri edəcəyik. Nyu-Yorku və onun sakinlərini sevirəm. Hər il şəhərə, ştata və yerli hakimiyyətə milyonlarla dollar vergi vermək məcburiyyətindəyəm, lakin həm şəhərin, həm də ştatın siyasi liderləri mənə pis münasibət bəsləyir. Prezident kimi hər zaman Nyu-Yorka və onun sakinlərinə kömək etməyə hazıram. O, hər zaman qəlbimdə xüsusi yerə malik olacaq”, - dövlət başçısı “Twitter”də belə yazıb.

Bir qədər əvvəl “The New York Times” qəzeti Palm-Biç dairə məhkəməsinin sənədlərinə istinadla Donald Trampın vergi məsələləri ilə bağlı daimi yaşayış yerini dəyişdiyi barədə məlumat yaymışdı.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla