Valyuta məzənnəsi
Xəbər lentİ

Azadlıq çox gözəl hissdir! - Fədayə laçın - FOTO

13:55, 29.10.19
azerbaycan, maqazin
Azadlıq çox gözəl hissdir! - Fədayə laçın - FOTO

Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir.

Bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, bundan sonra da sənətini davam etdirəcək:

“Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm”.

Daha sonra F.Laçın jurnalistlər üçün “Şirin anlar” mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

Azadlıq çox gözəl hissdir! - Fədayə laçın - FOTO


Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla