Valyuta məzənnəsi
Xəbər lentİ

Nazirliyin Apelyasiya Şurasının növbəti iclası keçirilib

12:57, 29.10.19
azerbaycan, iqtisadiyyat
Nazirliyin Apelyasiya Şurasının növbəti iclası keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apelyasiya Şurasının növbəti iclası keçirilib.

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apelyasiya şuralarının yaradılması haqqında” Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış Apelyasiya Şurasının növbəti iclası keçirilib.

Xeberpress.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayevin sədrliyi ilə keçirilmiş iclasda “Avand Company” MMC-nin müraciətinə baxılıb. Şikayət qismən təmin edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə “Lisenziya və icazələr haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası qanunlarının göstərişlərinə əməl edilməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin fəaliyyətinin ona verilmiş pasportun tələblərinə uyğun olmasının yoxlanılması istiqamətində tədbirlərin görülməsi tapşırılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla