Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarının müvafiq artımlarla birgə yaxın günlərdə ödənişi təmin olunacaq

11:57, 29.10.19
azerbaycan, cemiyyet
Hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarının müvafiq artımlarla birgə yaxın günlərdə ödənişi təmin olunacaq

Hərbi və xüsusi rütbəli şəxslərin pensiyalarının müvafiq artımlarla birgə yaxın günlərdə ödənişi təmin olunacaq.

Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında hərbi və xüsusi rütbəli şəxslərin vəzifə və rütbə maaşlarındakı artımlarla əlaqədar “Əmək pensiyaları haqqında” Qanuna əsasən həmin kateqoriyaya aid pensiyaçıların pensiya məbləğlərinin artırılması işləri artıq başa çatmaq üzrədir.

Xeberpress.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən elektron sistemin imkanlarından istifadə edilməklə, həmin artımların tətbiqi işləri yaxın günlərdə tam yekunlaşacaq. Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərin oktyabr ayı üzrə pensiyalarının artıq yeni artımla və əvvəlki sentyabr ayının da artımı əlavə olunmaqla oktyabrın axırınadək ödənişi həyata keçiriləcək.

Bu, həmin kateqoriyadan olan insanların pensiyalarının ödənişinin əvvəlki aylarda olduğu kimi, oktyabrda da qrafikə uyğun verilməsində gecikmənin olmadığını göstərir. Belə ki, müəyyən edilmiş qrafik üzrə həmin pensiya ödənişləri ötən dövrdə hər ayın 26-30-u arası təmin edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla