Valyuta məzənnəsi
Xəbər lentİ
 13:23  Sabahın HAVASI

Bu rayonlarda qaz olmayacaq

10:45, 29.10.19
azerbaycan, cemiyyet
Bu rayonlarda qaz olmayacaq

Bu rayonların təbii qaz təchizatında fasilələr olacaq.

Oktyabrın 29-da Zaqatala rayonunun Muxax, Aşağı Tala, Yuxarı Tala, Çökək, Kebeloba, Zilban və Car kəndlərini təbii qazla təmin edən diametri 325 millimetrlik orta təzyiqli qaz kəmərində bəzi sazlama işləri aparılacaq.
Kürdəmir rayonunda isə diametri 219 millimetr olan orta təzyiqli qaz xətti üzərindəki qaz tənzimləyicisi söküləcək. Bundan başqa, Goranboy rayonunda texniki baxış işləri zamanı aşkar olunmuş qaz sızmaları aradan qaldırılacaq. Bütün bu işlər görülərkən səhər saat 09:00-dan Zaqatala, Kürdəmir və Goranboy rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

Xeberpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla