Valyuta məzənnəsi

Strasburqda Oqtay Əsədovla AŞPA-nın sədrinin görüşü olub

13:09, 25.10.19
azerbaycan, siyaset
Strasburqda Oqtay Əsədovla AŞPA-nın sədrinin görüşü olub

Strasburqda Milli Məclisin Sədri Oqtay Əsədovla AŞPA-nın sədri Lilian Paskyenin görüşü olub.

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında iştirak edən Milli Məclisin Sədri Oqtay Əsədovun AŞPA-nın sədri Lilian Mori Paskye ilə görüşü olub.

Xeberpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, görüşdə Azərbaycanla Avropa Şurası arasında münasibətlər geniş müzakirə edilib və perspektivlərə dair fikir mübadiləsi aparılıb.

Lilian Mori Paskye bir neçə gün əvvəl “Lanzarot konvensiyası” kimi tanınan “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının Milli Məclisdə ratifikasiya edilməsini alqışlayaraq Oqtay Əsədova təşəkkürünü bildirib. Bu konvensiyanın ölkəmiz və Avropa Şurası arasında əlaqələrin daha da inkişaf etdirilməsində önəmli rol oynayacağını vurğulayıb.

Milli Məclisin Sədri ölkəmizdə aparılan islahatlar haqqında Lilian Mori Paskyeni ətraflı məlumatlandırıb. Bildirib ki, bu islahatlar Avropa və beynəlxalq standartlara uyğundur. Azərbaycandakı ictimai-siyasi vəziyyətə toxunan Oqtay Əsədov qeyd edib ki, ölkəmizdə Avropada da bölüşülən hüquqlar, azadlıqlar təmin edilir. Müxtəlif destruktiv qüvvələr təxribatlar vasitəsilə münasibətlərimizə xələl gətirmək istəsələr də, buna nail olmayacaqlar və əməkdaşlığımız daha da möhkəmlənəcək.

Görüşdə AŞPA-nın sədri Lilian Mori Paskye dialoqun, əlaqələrin genişləndirilməsinə töhfə verməyə və yardım etməyə həmişə hazır olduğunu bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla